"Cari ildə iqtisadi azalma o qədər də böyük olmayacaq" | Banco.az

"Cari ildə iqtisadi azalma o qədər də böyük olmayacaq"

Qlobal miqyasda iqtisadi geriləmə iyun ayında proqnozlaşdırıldığı kimi böyük olmayacaq.

Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) məlumat yayıb.

OECD-yə görə, qlobal iqtisadiyyatda bərpa prosesi yavaşlasa da, tənəzzül bu il qorxulan qədər dərin olmayacaq. İqtisadiyyatlar bir müddət hökumətlərin və mərkəzi bankların dəstəyinə ehtiyac duyacaq.

Təşkilat iyunda proqnozlaşdırdığı 6 faizlik geriləməni koronavirusla bağlı məhdudiyyətlərin azaldılması və iqtisadi dirçəlişin başlanğıcı ilə əlaqələndirərək 4,5 faiz dəyişib.

OECD-nin hesabatına görə, bir az özünə gəlməyə başlayan ABŞ, Avro bölgəsi və Çin üçün də böyük resessiyalar gözlənilir. Daha nikbin qiymətləndirmə isə mövcud bərpa prosesinin güclü olduğunu göstərir.

Güclü canlanma 2020-ci ilin daha çətin olacağını göstərsə də, bərpa prosesindəki yavaşlamanın və bir çox ölkədə istehsalın 2021-ci ildə də böhrandan əvvəlki səviyyədən zəif olacağı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et