“Büdcə məsələsinə payızda qayıdacağıq” | Banco.az

“Büdcə məsələsinə payızda qayıdacağıq”

“Bu günlərdə ölkə başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirildi və qeyd olundu ki, Azərbaycanda ÜDM-də 2,5 % azalma müşahidə olunur. Bu, bugünkü şəraitə uyğun olaraq pis göstərici deyil”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, pandemiya bitdikdən sonra bütün itirilmiş imkanların bərpa olunacağına ümid edirlər: “Büdcəyə dəyişikliklə bağlı hazırda müzakirələr gedir. Müşavirədə də qeyd edildi ki, bu gün büdcə icrasında hər hansı çətinlik yoxdur. Büdcənin gəlir hissəsi profisitlə icra edilib. Xərclərdə də normal dinamika var. Ona görə də bu gün büdcəyə kəskin dəyişiklik edilməsinə ehtiyac yoxdur. Amma payızda bu məsələyə qayıdacağıq”.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et