Bu şirkət 125 min dollara kosmosa bilet satmağa başladı | Banco.az

Bu şirkət 125 min dollara kosmosa bilet satmağa başladı

Tamara Mustafayeva, Banco.az

"Space Perspective" adlı kosmik şirkət stratosferə göndəriləsi kosmik hava şarları üçün bronlaşdırma xidmətini aktivləşdirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın Florida ştatında fəaliyyət göstərən "Space Perspective" kosmik turizm şirkəti lüks kabinada səkkiz nəfəri daşımaqla 30 kilometr hündürlüyə qaldıran nəhəng kosmik hava şarlarına bilet satışı başlatdıqlarını elan edib. Biletin qiyməti isə 125 min dollar təşkil edir. Bu qiymətə səhər yeməyi və müxtəlif içkilər daxildir. Sərnişinlər həmçinin hamam və bar xidməti ilə təchiz edilmiş kapsulun içindən 360 dərəcəlik Dünya mənzərəsini seyr edə biləcəklər. Bununla yanaşı, kapsulun içərisində turistlərə yaşadıqları təcrübəni anbaan bölüşməyə imkan yaratmaq üçün WI-FI da aktiv ediləcək.

Firma biletlərindən birini hərracda 28 milyon dollara satan Ceff Bezosun kosmik şirkətindən fərqli olaraq aşağı qiymətlə lüks kosmik səyahət təklif etdiklərini açıqlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ümumilikdə altı saat davam etməsi planlaşdırılan səyahətlərin 2024-cü ildə başlayacağı bildirilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et