Bu il avtomobil yanacağının satışından nə qədər gəlir əldə olunub? | Banco.az

Bu il avtomobil yanacağının satışından nə qədər gəlir əldə olunub?

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil benzini və dizel yanacağından əldə etdiyi gəlir 988,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 0,2% azalıb. Təkcə ötən ay əhali avtomobil yanacağına 180,8 mln. manat xərcləyib ki, bu da may ayı ilə müqayisədə 0,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et