Bu il alkoqollu və alkoqolsuz içki idxalı 19%-dək azalıb | Banco.az

Bu il alkoqollu və alkoqolsuz içki idxalı 19%-dək azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 20 276,19 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, spirt ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 228,28 min dollar və yaxud təxminən 83,53% çoxdur.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,08%-ni təşkil edib.

Cari ilin 9 ayı ərzində Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, spirtin dəyəri isə 53 097,21 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 12 314,64 min dollar və yaxud 18,83% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,83%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 9 aylıq ticarət dövriyyəsinin 14,87 milyard dolları ixracın, 10,38 milyard dolları isə idxalın payına düşüb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et