Bu bank qızılın və gümüşün bahalaşacağını düşünür | Banco.az

Bu bank qızılın və gümüşün bahalaşacağını düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın investisiya bankı "Bank of America" (BofA) qızıl və gümüş qiymətləri ilə bağlı proqnozunu yeniləyib.

Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq nəhəngi 2025-ci ilə qədər qızılın unsiya qiymətinin 3 min dolları keçəcəyini proqnozlaşdırıb.

Bankın təhlillərinə görə, investorlar mərkəzi banklarən güclü qızıl tələbi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salmağa başlaması ilə bazara qayıdacaqlar.

Bank xüsusilə Çin Mərkəzi Bankının təkcə 2023-cü ildə 200 tondan çox qiymətli metal toplayaraq qızıl bazarını dəstəklədiyini bildirib. Çində fərdi tələbatın da güclü olaraq qaldığı vurğulanıb.

Xatırladaq ki, BofA daha əvvəl FED-in 2024-cü ilin birinci rübündə faiz dərəcələrini aşağı salacağı təqdirdə bir unsiya qızılın 2400 dollar olacağını proqnozlaşdırmışdı.

Qeyd edək ki, bankın gümüşün qiyməti üzrə hazırki proqnozu isə 30 dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu yeni proqnozlar qızılda 28 faiz, gümüşdə isə 8 faiz artımdan xəbər verir.

Qeyd edək ki, hazırda qızılın bir unsiyası 2 min 353 dollar, gümüşün bir unsiyası isə 28 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et