Bu avtomobil firması Çinin Çendu şəhərində istehsalı dayandırıb | Banco.az

Bu avtomobil firması Çinin Çendu şəhərində istehsalı dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen” firması Çendu zavodunda istehsalı dayandırmağa qərar verib.

Banco.az xəbər verir ki, alman avtomobil istehsalçısı “Volkswagen” Çində Kovid-19 yoluxma sayının artması və bununla bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən Siçuan əyalətinin paytaxtı Çendu şəhərində fəaliyyət göstərən istehsal zavodunun işini dayandırıb.

Xəbər alman mətbuatında işıqlandırılıb. Qeyd edilib ki, sözügedən qərar müvəqqəti xarakter daşıyır.

Xatırladaq ki, “Volkswagen”in ölkədəki digər zavodlarında isə istehsal davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et