“British Airways” aviaşirkəti rekord məbləğdə cərimələnib | Banco.az

“British Airways” aviaşirkəti rekord məbləğdə cərimələnib

Böyük Britaniyanın “British Airways” şirkətinə 230 milyon dollar məbləğində rekord cərimə tətbiq edilib.

Aviaşirkət ötən il müştərilərin şəxsi məlumatlarının qorunması ilə əlaqədar təhlükəsizlik sistemlərini pozduğuna görə cərimələnib.

Ən sərfəli kredit üçün müraciət et

“British Airways” şirkətindən bildiriblər ki, buna səbəb qurumun veb-saytına edilən kiberhücumdur.

Qeyd edək ki, İnformasiya Komissarlığı (ICO) “British Airways”ə tətbiq edilən cərimənin bu günədək ən yüksək məbləğ olduğunu açıqlayıb.

Azertag.az

Ən sərfəli krediti almaq üçün müraciət et