Böyük Britaniya rəqəmsal xidmətlər üçün vergini maliyyə üzrə qanun layihəsinə daxil edib | Banco.az

Böyük Britaniya rəqəmsal xidmətlər üçün vergini maliyyə üzrə qanun layihəsinə daxil edib

Böyük Britaniya hökuməti maliyyə məsələlərinə dair qanun layihəsini ictimaiyyətə açıqlayıb. Layihədə təklif edilən müddəalar arasında rəqəmsal xidmətlərin vergiyə cəlb edilməsi çərçivəsində "iri rəqəmsal şirkətlərin ədalətli ödəniş etməsinin təmin olunması" təklifi də var. Təkliflərdən biri də iri rəqəmsal şirkətlərin göstərdikləri xidmətlər üçün "Böyük Britaniyada əldə etdikləri dəyəri əks etdirən" yeni vergiyə cəlb edilməsidir.

Hökumətin məsələ ilə bağlı şərhində deyilir: "Biz həmişə belə hesab etmişik ki, rəqəmsal şirkətlərin vergiyə cəlb olunması məsələsinin ən yaxşı həlli beynəlxalq vergi qanunlarının təkmilləşdirilməsidir və biz məsələnin qlobal səviyyədə həllini tapmaq üçün həm OECD, həm də G20 ölkələri ilə işimizi davam etdiririk. Birgə həll yolu tapılandan sonra rəqəmsal xidmətlər üçün bizim ayrıca vergi qoymağımıza ehtiyac qalmayacaq". Açıqlamada yeni vergi haqqında isə bunlar bildirilib: "Rəqəmsal xidmətlər üçün vergi məqsədli, mütənasib və müvəqqətidir, iri rəqəmsal müəssisələrin Böyük Britaniyada əldə etdikləri dəyərin əks olunmasına təminat verir. Bu vergi kiçik müəssisələrə və ya Böyük Britaniyada ziyanla işləyən müəssisələrə tətbiq edilməyəcək. Bu cür addımlar startapları qorumağa kömək edəcək".

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et