Böyük Britaniya Parlamenti Brexit müqaviləsini rədd etdi | Banco.az

Böyük Britaniya Parlamenti Brexit müqaviləsini rədd etdi

Böyük Britaniya Parlamenti, Brexit müqaviləsini 149 səs fərqlə, 242-yə qarşı 391 səslə rədd edib.

242 vəkil müqavilənin lehinə, 391 vəkil müqavilənin əleyhinə səs verib.

Böyük Britaniyanın Baş naziri Theresa May, səsvermənin ardından verdiyi açıqlamada, "Parlament sabah müqaviləsiz Brexit-i səsverməyə çıxaracaq, müqaviləsiz Brexit Birliyə zərər verəcəkdir. Brexiti təxirə salmaq üçün səsvermə isə Cümə günü keçiriləcək" deyib.

Müqavilə 15 Yanvardakı ilk səsvermədə də rədd edilmişdi.

Baş nazir Theresa May, Şimali İrlandiya sərhədinə dair tədbir maddəsi səbəbilə qarşı çıxılan müqavilənin mətnini dəyişdirə bilməmiş, ancaq maddənin istifadə şərtlərinə aydınlıq gətirən bir ortaq sənəd üzərində Avropa Birliyi ilə razılaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Maddəyə qarşı çıxanlar, bu yeni sənədin hər hansı bir yenilik gətirmədiyini, yalnız müqavilə mətninin bir şərhi olduğunu bildirir.

Parlamentdə bu gün müqaviləsiz ayrılıq, cümə günü isə Brexit tarixinin təxirə salınması variantlarını səsverməyə çıxarılacaq.

Yelisey Sarayından "Paris, İngiltərənin etibarlı və alternativ bir strategiyası olmadan Brexit tarixinin təxirə salınmasını heç bir halda qəbul etmir" açıqlaması verilib. Almaniyanın Xarici İşlər Naziri Heiko Maas da "Bu qərarla müqaviləsiz ssenariyə daha çox yaxınlaşırıq" - deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et