Bitkoinin bazar dəyəri 1 trilyon dolları keçib | Banco.az

Bitkoinin bazar dəyəri 1 trilyon dolları keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da inflyasiyanın gözləniləndən yüksək olmasının ardınca bir qədər ucuzlaşan bitkoin daha sonra yüksəlişini davam etdirərək 51 min dolları keçib.

Banco.az xəbər verir ki, kriptovalyuta bazarları TerraUSD stabilkoininin təxminən iki il əvvəl çökməsindən əvvəl qeydə alınan səviyyələrə qayıdıb.

“CoinGecko”nun məlumatlarına görə, ən dəyərli kriptovalyuta olan bitkoin ilin əvvəlindən bu yana 21 faiz dəyər qazanıb. Bununla da, bitkoinin bazar dəyəri 2021-ci ilin dekabrından bəri ilk dəfə 1 trilyon dolları ötüb.

Ether 4,1 faiz bahalaşarkən, Avalanche, Polkadot və Polygon kimi altkoinlər də yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et