Bitcoin yenidən yüksəlişdə! Zərərlərdən necə xilas olur? | Banco.az

Bitcoin yenidən yüksəlişdə! Zərərlərdən necə xilas olur?

Bitcoin 6500 dollardan aşağı düşdükdən sonra son 24 saatda bir qədər özünə gəlib. BTC 7% artaraq 7100 dollara yüksəlib. Martın 30-dan bəri kriptovalyuta bazarının ümumi həcmi 250 milyard dollardan 268 milyard dollara yüksəlib.

Yetkin bir bazarın bir-birindən müstəqil şəkildə performans göstərən aktivlərə sahib olması lazımdır

Martın 29-da professor Emin Gün Sirer yuxarıdakı fikirləri səsləndirib və davamında bunları qeyd edib:

“Həqiqətən də yetkin bir bazarın bir-birindən ayrılan müstəqil pul qiymətləri ilə mərkəzləşdirilməsi lazımdır”.

Bütün kriptovalyutalar oxşar bir yolda hərəkət edirlər

Fevral və Mart aylarında kriptovalyuta bazarı aşırı dəyişkənliklə qazanc və itki hərəkətləri göstərdi.

Məsələn, BTC 6% artdı, Ethereum, Ripple və Litecoin də eyni nəticə göstərdi. Bazardakı kriptovalyutaların əksəriyyəti fevralda reallaşan böyük düzəltmədən bu yana bənzər bir cığırda hərəkət edirlər.

Kriptovalyuta bazarını sabitləşdirmək üçün vaxt lazımdır

Bazardakı son ifrat dəyişkənlik və buna bağlı qiymət dəyişkənliyi nəzərə alımdıqda bazarın zərərdən qurtulmaq üçün daha çox zamana ehtiyacının olduğunu söyləmək olar.

Bitcoin kimi böyük kriptovalyutalar bütün birjalarda hələ də həcb baxımından şağı qalsa da, müqavimət səviyyələrini qoruya bilir.

Bitcoin dünənki zərərlərini aradan qaldırmağa çalışır

Bitcoin-in son enişi investorların böyük miqdarda vəsait itirməsinə səbəb oldu. Belə hadisələrin 2013-cü ildən 2018-ci ilə qədər reallaşdığını qəbul etmək gərəkdir.

2018-ci ilin Bitcoin düzəltməsi kriptovalyuta vahidinin 2013 və 2014-ci illərdəki iki 80%-lik nəticədən sonra yaşadığı ən pis düzəltmədir.

Aşağı likvidlik və həcmə sahib olan kriptovalyuta kimi bazarlarda dalğalanma daha güclüdür

Bazar aşağı-yuxarı hərəkət edər və dalğalanma digər bazarlarda olduğundan daha aşağı likvidlik və həcmə sahib kriptovalyuta bazarı kimi bazarlarda daha güclüdür. Bazar kriptovalyuta reklamlarından və ya tənzimləmələrlə bağlı digər xəbərlərdən böyük ölçüdə təsir görmədi. Əksər kriptovalyutanın qiymətinin konkret və davamlı modellərə əsaslanaraq haqlı çıxarılmasının çətin olduğu bir nöqtəyə yüksəldiyini qəbul edən bazar oldu.

Ən sərfəli kredit üçün müraciət et

İnvestorlar artıq qiymətləri dəstəkləmir

Məsələn, Tron 16 milyard dollar idi və SpaceX-in dəyərinə yaxınlaşdı. Tron-un gələcəkdə bazarın qapağına qovuşması mümkün olsa da, Tron bu həftə yalnız test şəbəkəsini yayımladı. Əksər kriptovalyutanın dəyərlənməsi hədəflədikləri sektorlar üzərindəki təsiriylə mütənasib deyil və kriptovalyuta bazarı bir düzəltmə yaşadı. Çünki investorlar artıq qiymətlərini dəstəkləmirlər.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et