Bitcoin-ə “Twitter”-dən dəstək | Banco.az

Bitcoin-ə “Twitter”-dən dəstək

Twitter” və “Square”-nin icraçı direktoru Cek Dorsey Bitcoin-in “Cash app”-də olan dəstəyini açıqlayıb.

İstifadəçilər platforma vasitəsilə birbaşa olaraq Bitcoin ticarəti ilə məşğul ola bilərlər. Eyni xidmətin yayılmasına baxmayaraq, kriptovalyutaları əldə edərək istifadə etmək ümumi istehlakçılar üçün hələ də çətindir.

Maliyyə inkişafına kiçik töhvə

Dorsey bazarı açıb kriptovalyutalar üçün daha yaxşı giriş təmin etməyi planlaşdırır. “Twitter”-in CEO-su yeni xidmətə işarə edən “tweet” paylaşıb:

“Bitcoin-i dəstəkləyirik, çünki hamı üçün daha böyük maliyyə imkanı təmin etməkdə uzun müddətli vasitə olduğunu görürük. Bu, yalnız kiçik bir addımdır”.

“Cash App” saytının məlumatına görə, Bitcoin köçürmələri saniyələr ərzində reallaşdırılacaq:

“Cash App” ailə və dostlar arasında pul ticarəti etməyin ən unikal yoludur. “Cash App” hesabınızdan birbaşa olaraq Bitcoin alqı-satqısı üçün sizi hər şeylə təmin etmişik. Digər proqramlardan fərqli olaraq, alış-satışınız bir neçə saniyə ərzində baş verir. Qazancınızı Visa kart vasitəsilə belə sərf edə bilərsiniz”.

Həmçinin, tətbiq Bitcoin satışı üçün əlavə komissiya almır. İstifadəçilər həftədə 10 min dollara qədər Bitcoin satın ala bilər. Satışlar üçün xüsusi limit yoxdur.

Kripto ödəniş açıqlaması

ABŞ-ın 5 ştatında ödənişsiz kriptovalyuta ticarəti təşkil edəcəyini bildirən “Robinhood” da daxil olmaqla, müxtəlif kripto dəyişdirmə tətbiqləri son zamanlar ortaya çıxdı. “CNBC” 1 milyondan çox insanın xəbərləri izləyərək buna biganə yanaşmadığını qeyd edib.

“Square” “Stripe”-nin yerini doldururmuş kimi görünə bilər, ancaq ötən ay Bitcoin ödənişləri üçün qiymətlərin dəyişkən olması və yüksək əməliyyat ödənişləri səbəbiylə dəstəyini kəsdi.

“Square” Bitcoin əməliyyatları ilə bağlı bu problemləri necə yoluna qoyacaq, hələlik məlum deyil.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et