Birja üzvlərinin yeni səlahiyyətli treyderləri təyin olunub | Banco.az

Birja üzvlərinin yeni səlahiyyətli treyderləri təyin olunub

Bakı Fond Birjasında (BFB) birja üzvlərinin adından BFB-də səlahiyyətli treyder olacaq yeni namizədlərinin növbəti akkreditasiyası təşkil edilib. Akkreditasiyanı müvəffəqiyyətlə başa vurmuş namizədlərə BFB-də treyder fəaliyyətinin həyata keçirilməsi üçün treyder şəhatədnamələri təqdim edilib.

Birjaya istinadən verilən xəbərə görə, beləliklə, Bakı Fond Birjasının 6 üzvünün ümumilikdə 14 treyderi akkreditasiyadan keçib və onlara birja üzvünün adından BFB-də ticarətdə iştirak etmək hüququ verilib.

Ən sərfəli kredit üçün müraciət et

BFB-də treyderlərin akkreditasiyasının məqsədi, birja üzvü adından birjada ticarətdə iştirak edəcək şəxslərin bilik və bacarıqlarının müvafiq funksiyalara uyğunluğunu müəyyən etmək, o cümlədən səlahiyyətli treyderlərin BFB-də ticarətdə iştirakı üçün zəruri nəzəri və praktiki biliklərə sahib olmasını təmin etməkdir. Eyni zamanda, bu məqsədlə mütəmadi olaraq Kapital Bazarı üzrə Təlim Mərkəzi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə birja üzvlərinin səlahiyyətli treyderləri üçün müvafiq peşəkar təlimlər təşkil edilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et