Bill Qeytsin fondu koronavirus peyvəndini nə vaxt hazır edəcək? | Banco.az

Bill Qeytsin fondu koronavirus peyvəndini nə vaxt hazır edəcək?

Nigar Umaxanlı, Banco.az

Milyarder Bill Qeyts “Financial Times”a verdiyi açıqlamada “Bill & Melinda Gates” fondunun koronavirus pandemiyası ilə mübarizə üçün səfərbər olduğunu bildirib.

Banco.az xəbər verir ki, fondun sərəncamında 40 milyard dollardan çox vəsait mövcuddur. Proqnoza görə, peyvənd bir il ərzində inkişaf etdirilə bilər.

Həmçinin oxu: İxtisasca həkim olan investor nəyi koronavirusdan daha dəhşətli bəla adlandırıb?

Fond səhiyyə və təhsil sahələri üçün nəzərdə tutulmuş vəsait hesabına pul ayıracaq. Xüsusilə HİV və malyariyaya qarşı dərmanlar üzərində işləyən təşkilatlar artıq COVID-19 ilə mübarizəyə fokuslanıblar.

“Microsoft”un qurucusu daha əvvəl öz bloqunda beynəlxalq təşkilatların əməkdaşlıq edəcəyi təqdirdə kütləvi vaksinasiyanın 9-18 ay sonra başlanacağını yazmışdı. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin əksəriyyəti yaxın iki ayda pandemiyanın ikinci mərhələsinə girəcək. Bu müddət ərzində hökumətlər karantin tədbirlərini zəiflədəcək, lakin ictimai tədbirlər keçirmək hələ tez olacaqdır.

Hal-hazırda Bill Qeytsin fondu koronavirusla mübarizəyə 250 milyon dollar maliyyə ayırıb. Bu vəsaitin böyük hissəsinin inkişaf etməkdə olan ölkələrə yardım üçün sərf olunması nəzərdə tutulub.

Həmçinin oxu: Son onillikdə ən çox hansı ölkələrdə milyarder sayı artıb?

Ən sərfəli kredit üçün müraciət et

Mayın 4-də “Bill & Melinda Gates Foundation”, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra digər qeyri-kommersiya təşkilatlarının konfransı keçiriləcək. Konfransda virusa qarşı mübarizə məqsədi ilə 8 milyard dollardan çox vəsait toplanması gözlənilir.

Aprel ayında peyvənd əleyhdarları və sağçı konspiroloqlar milyarderi koronavirusu yaratmaq və yaymaqda ittiham etdilər, üstəlik, peyvəndin hesabına pul qazanmaq və qlobal səhiyyə sistemininin idarəetməsini ələ keçirməyi planlaşdırdığını iddia etdilər. “New York Times” televiziya və sosial şəbəkələrdə Bill Qeytsin pandemiyada əli olduğuna dair 1,2 milyondan çox şərh sayıb.

2015-ci ildə Bill Qeyts TED konfransında çıxış edərkən günümüzdə bəşəriyyət üçün əsas təhlükənin nüvə müharibəsi deyil, potensial pandemiya olduğunu dilə gətirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et