Bill Qeyts və Stiv Cobs - dost idilər yoxsa düşmən? | Banco.az

Bill Qeyts və Stiv Cobs - dost idilər yoxsa düşmən?

Stiv CobsBill Qeytsin 30 ildən çox gündəmdə olan qeyri-müəyyən dostluğu bəzən sevimli həmrəyliyə, bəzən isə sərt rəqabətə çevrilib.

Həmçinin oxu: Stiv Cobsun həyatı haqqında BİLMƏDİYİNİZ həqiqətlər

“Microsoft” şirkətinin bugünkü səviyyəyə çatmasında “Apple” şirkətinin, eyni zamanda Apple – ın bu qədər güclənməsində də “Microsoft” – un təsirinin olması danılmaz həqiqətdir.

Bugünkü məqaləmizdə Walter Isaacson – un Stiv Cobs haqqında yazdığı bioqrafiyaya istinad edərək Bill Qeyts Stiv Cobs arasındakı qeyri-adi dostluq münasibətindən bəhs edəcəyik.

Bill QeytsStiv Cobs əslində həmişə düşmən deyildi, keçmişdə “Microsoft” şirkəti “Apple” – ın ən məşhur kompüterlərindən Apple II PC üçün proqram hazırlamışdı. Qeyts müntəzəm olaraq Kupertino şəhərinə uçar, Apple – ın çalışmalarına baxar və yenilikləri yoxlayardı.

80 – ci illərin əvvəllərində bir gün Cobs Vaşinqton ştatına uçmuş, Qeytsə “Apple” – ın Macintosh kompüteri üçün Microsoft proqram vasitələrindən istifadə etməyi təklif etmişdi. Macintosh istifadə etdiyi inqilabi qrafiki interfeys ilə tarixə yazılacaqdı...

Qeyts isə Cobsun rəftarından və təklifindən məmnun qalmamışdı. Platformanın limitli olduğunu düşünürdü, bu təklif marağına səbəb olmamışdı.

Həmçinin oxu: Texnologiya tarixinə damğa vurmuş 5 SƏHV proqnoz

Bill Qeyts həmin vaxtla bağlı sonralar bu sözləri söyləmişdi:

“Cobs sanki özünü məmnun etməyə gəlmişdi. O, elə bir tərzdə danışırdı ki; möhtəşəm bir işə imza atırıq, istəsən sən də bir hissəsi ola bilərsən, amma əslində sənə çox da ehtiyacımız yoxdur, deyirdi sanki. Stiv Cobs özünü marketoloq kimi aparırdı, ancaq bu üsulda həmçinin özündən razılıq əlaməti də var idi. Sanki mənə baxıb, “sənə ehtiyacım yoxdur, ancaq istəsən bu işin bir hissəsi olmağına icazə verə bilərəm deyirdi.”

Bill Qeyts Stiv Cobsun bu rəftarına baxmayaraq, 1983 – cü ildə lentə alınan bir videoda köhnə dostunun yanında dayanmışdı. Video, Macintosh – un təqdimat mərasimi vaxtı çəkilmiş bir oyun haqqında idi. Videoda Qeyts kameralara baxıb belə deyirdi:

“Mac – i çox bəyəndim. Sanki kimsə xəyal gücünüzü kəşf edib.”

Macintosh – un ilk illərində “Apple”“Microsoft” çiyin-çiyinə işlədi. Hətta Bill Qeyts bir müsahibəsində qeyd etmişdi ki, o vaxtlar Mac üçün işləyən Microsoft işçiləri Apple işçilərindən daha çox idi.

Dostların münasibətinə ilk zərbə 1985 – ci ildə Microsoft firması “Windows” – un ilk versiyasının təqdimat mərasimini həyata keçirdiyi zaman dəydi. Windows – un qrafiki interfeysi Macintosh kompüterlərininki ilə demək olar ki, eyni idi.

Bu vəziyyətə görə çox əsəbləşən Stiv Cobs, Qeytsi və “Microsoft” firmasını Macintosh – u aldatmaqda ittiham edən bir açıqlama etmişdi. Bu açıqlamaya Bill Qeyts çox əhəmiyyət vermir, çünki qrafiki interfeyslərin gələcəyin sektoru olduğunu görən Qeyts məhsulun müəllif hüquqlarının “Apple” şirkətinə aid olduğunu düşünmürdü.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda Qeyts bilirdi ki, “Apple” şirkəti də qrafiki interfeys fikrinin ilk sahibi deyil. Cobs, bu fikri Bill Qeytsin də heyran olduğu tədqiqat mərkəzi olan Xerox PARC laboratoriyalarından götürmüşdü.

Stiv Cobs Bill Qeytsi onun fikrini oğurlamaqda ittiham etdiyi zaman Qeytsin verdiyi cavab gələcək illərdə çox məşhur olacaqdı:

“Yəni, Stiv, məncə mövzuya fərqli perspektivlərdən yanaşa bilərsən. Məncə bu sənin fikrini oğurlamaqdan çox başqadır... Sanki ikimizin də adı Xerox olan varlı bir qonşusu var imiş, bir gün mən evə daxil olub qonşunun televizorunu oğurlamaq istəyirəm, bir də görürəm ki, sən onu çoxdan oğurlamısan!”

Həmçinin oxu: Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu

1985 – ci ildə Stiv Cobs “Apple” şirkətinə istefasını təqdim edərək öz kompüter şirkəti olan “NeXT” – i qurdu. Artıq Cobs “Microsoft” firmasının ən böyük rəqibi üçün işləmirdi, ancaq bu, ikisinin arasındakı münaqişələrə son vermək üçün kifayət deyildi.

Cobs, 1985 – ci ildə məşhur “Playboy” jurnalına etdiyi açıqlamada belə demişdi: “Əgər, NeXT uduzar və Microsoft qalib gələrsə, qarşıdakı 20 il ərzində kompüter sektorunun qaranlıq çağlarına daxil olacağıq.”

Bütün bunlara baxmayaraq “Windows” yarışda irəlidə idi. 80 – ci illərin sonuna doğru vəziyyət daha da dəqiqləşir, artıq “Microsoft” firmasının fərdi kompüterlər üzrə böyük bir zəfərə doğru getdiyini görmək üçün dahi olmağa ehtiyac yox idi.

Həmçinin oxu: iPhone – u olmayan Apple səhmdarı kimdir?

“Apple” şirkəti 2001 – ci ildə iPod – u bazara çıxardığı zaman Qeyts öz şirkətinə belə bir mail göndərmişdi: “Hər nə qədər Cobs yarışda bizi üstələmiş olsa da, cəld hərəkət etməli, ona çatmalı və daha yaxşı olduğumuzu sübut etməliyik.”

Yenə də qeyri-adi şəkildə bu iki texnologiya nəhəngi öz rəqiblərinə hörmət edirdi. 2007 – ci ildə birlikdə səhnəyə çıxdıqları bir konfrans zamanı Qeyts belə demişdi: “Stivin estetika anlayışına sahib olmaq üçün nələri fəda etməzdim.”

Cobs isə bir müsahibəsində Qeyts haqqında aşağıdakı cümlələri sərf etmişdi:

“Belə bir şirkət qurduğu üçün ona heyranlıq duyuram – əldə etdiyi nailiyyət həqiqətən də təsiredicidir. Üstəlik də Bill ilə işləmək mənim üçün çox gözəl təcrübə idi, o, həqiqətən ağıllı və yaxşı yumor hissi olan insandır.”

Stiv Cobs vəfat etdiyi zaman Bill Qeyts köhnə rəqibi haqqında belə demişdi: “Stivə çox böyük hörmət bəsləyirəm. Birlikdə işləmə şansı əldə etdik, bir-birimizi cəsarətləndirdik və rəqib olsaq belə, hər zaman bir-birimizdən ilham aldıq. Haqqımda dedikləri məni əslində heç incitməmişdi...”

Qeyd etməliyik ki, hər iki şəxs də çox böyük işlərə imza atmışlar. Cobs, “Apple” şirkətini bugünkü mövqeyə - dünyanın ən dəyərli şirkəti – gətirib. Qeyts isə dünyanın ən varlı insanları arasındadır, hətta bəzən siyahının ilk pilləsində yer alır.

Həmçinin oxu: Bill Qeytsin oxumağı tövsiyyə etdiyi 5 kitab

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç