Bayden "TikTok" qadağasını ləğv edəcək | Banco.az

Bayden "TikTok" qadağasını ləğv edəcək

Tamara Mustafayeva, Banco.az

Bayden ABŞ-ın "TikTok"la bağlı mövqeyini dəyişdirəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Tramp dövründə şəxsi məlumatların toplanması iddiası ilə qüvvəyə minən "TikTok" və "WeChat" qadağalarını ləğv edən prezident fərmanı imzalayacağını açıqlayıb.

Bayden məsələ ilə bağlı sözügedən platformaları analiz edib təhlükəsizlik riski yaradan faktorları müəyyən etməsi üçün Ticarət Naziri Gina Raimondoya tapşırıq verib.

Xatırladaq ki, Tramp dövründə Çinə məxsus "TikTok" və "WeChat" tətbiqlərinin istifadəsi qadağan edilmiş, şirkətlərin Amerika əməliyyatlarını yerli şirkətlərin satın alması tövsiyə olunmuşdu. Rəsmilər bildirib ki, "TikTok"un Amerikalı şirkətə satışı üçün təhlükəsizlik yoxlanışları davam edir və bu proses Bayden tərəfindən atılan addımın təsirinə məruz qalmayacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et