Bayden 1,2 milyard dollarlıq tələbə kreditlərini silib | Banco.az

Bayden 1,2 milyard dollarlıq tələbə kreditlərini silib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Co Baydenin administrasiyası 1,2 milyard dollarlıq tələbə krediti borcunu ləğv edib.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden dünən axşam kredit silinməsini genişləndirmək vədi çərçivəsində kriteriyalara cavab verən təxminən 153 min nəfərin 1,2 milyard dollarlıq tələbə krediti borcunu ləğv etdiklərini açıqlayıb.

Qərarla ləğv edilən tələbə borcunun ümumi məbləği 138 milyard dollara çatıb.

Xatırladaq ki, Bayden 430 milyard dollarlıq tələbə kredit borcunu ləğv etmək planının ötən ilin iyun ayında ABŞ Ali Məhkəməsi tərəfindən rədd edilməsindən sonra borcları yüngülləşdirməyin başqa yollarını tapacağını vəd etmişdi. 

Qeyd edək ki, Baydenin noyabrda yenidən seçkilərdə qalib gəlməsi üçün dəstəyinə ehtiyacı duyduğu sol təmayüllü mütərəqqi və gənc seçicilər tələbə kreditlərinin geniş şəkildə silinməsini istəyirlər. Respublikaçılar isə buna qarşıdırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et