Bankların problemli kreditləri nə qədərdir? | Banco.az

Bankların problemli kreditləri nə qədərdir?

Problemli kreditlər və ya vaxtı keçmiş kreditlər hal-hazırda Azərbaycanın bank sektorunda ən aktual məsələlərdən biridir.

Problemli kreditlərin yaranma səbəbləri müxtəlif ola bilər.

Təbii ki, iqtidsadiyyatda yaranan problemlər, real iqtisadi vəziyyət bank sektoruna da təsirsiz ötüşmədi. Manatın bir neçə dəfə devalvasiya etməsindən sonra xarici valyutada verilən istehlak kreditləri üzrə ödəmə qabiliyyətinin düşməsi və s. bu kimi səbəblərə daxildir. 

Bir digər səbəb də budur ki, vətəndaşlar ödəmə qabiliyyətindən artıq borc yükünün altına girir və nəticədə ödəmə problemi və gecikmələr yaranır. Bu haldan həm banklar, həm də vətəndaşlar əziyyət çəkir.

Banco.az olaraq 2017-ci il yanvarın birinə bankların problemli kreditlərinin həcmini araşdırdıq. Lakin bankların əksəriyyəti maliyyə hesabatlarında bu göstəricini açıqlamayıblar.

Bank

Problemli kreditlər

(manat)

AGBank

136 405 200

Bank of Baku

116 808 360

Paşa Bank

83 141 000

Xalq Bank

80 616 000

Muğanbank

64 461 080

Yapı Kredi Bank Azərbaycan

51 057 660

Bank Respublika

28 899 000

NBC Bank

13 354 000

ASB Bank

7 851 980

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et