Banklarda səlahiyyət müddəti aşağı salınır | Banco.az

Banklarda səlahiyyət müddəti aşağı salınır

Azərbaycan prezidenti İlham Əliyev "Banklar haqqında" qanuna dəyişikliklər layihəsini təsdiq edib.

Cümə axşamı rəsmi mətbuatda dərc olunan dəyişiklilərə əsasən, Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti aşağı salınır. Hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir. Dəyişikliyə əsasən, bankın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 ilə aşağı salınır.

Bankların İdarə Heyəti, o cümlədən Audit Komitəsinin üzvlərinin səlahiyyət müddətinə dair analoji dəyişikliklər daxil edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, dəyişikliyə əsasən, bankın idarə orqanlarında təmsil olunan şəxslər Audit Komitəsinin üzvü ola bilməz.

Qanunun 28.1 maddəsinə dəyişikliklərə əsasən, bankların İdarə Heyəti, Müşahidə Şurası və Audit Komitəsinin üzvləri, o cümlədən onların ialələrinin üzvlərinin kommersiya maraqlarını yalnız Müşahidə Şurası qarşısında açıqlaya bilərlər. Öncə həmin kommersiya maraqları həm Müşahidə Şurası, həm də İdarə Heyəti qarşısında açıqlanmalı idi.

© İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et