Banklarda dollar bahalaşmağa başlayıb | Banco.az

Banklarda dollar bahalaşmağa başlayıb

Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin milli valyutalarının ucuzlamasının təsiri ilə Azərbaycan Manatı üzərində spekulyativ təzyiq yaranıb.

 ABŞ və Türkiyə arasında əlaqələrin pisləşməsindən sonra 5 Türk lirəsini keçən Dollar bu gün də 1,4% bahalaşaraq 5.3521 lirəyə yaxınlaşıb.

ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyinin gözlənilməsi ilə Rusiya Rublu da ucuzlaşır. Dünən birjda Rusiya Rublu Dollar qarşısında 3%-dən çox dəyərdən düşüb. Dollar/Rubl məzənnəsi 65.55 səviyysinə qalxıb. Banklarda Dollar 66 rubldan da baha satılıb. Rusiya valyutası Dollar qarşısında sonuncu dəfə 2016-ci ilin noyabrında bu səviyyələrə düşmüşdü.

Rəsmi məzənnə dəyişməsə də, Azərbaycanda banklarda Dolların cüzi də olsa bahalaşması müşahidə olunur. Məsələn, dünən ilə müqayisədə, “Bank of Baku”  dolların satış qiymətini 1.7030 manatdan 1.7035 manata, “Bank Respublika” 1.7020 manatdan 1.7025 manata, “Turanbank” 1.7025 manatdan 1.7030 manata, “Unibank” 1.7020 manatdan 1.7030 manata qaldırıb. Dünən də banklar dolları bahalaşdırmışdılar. Bir neçə gün öncə banklardan 1.7005-1.7010 manatdan Dollar almaq mümükün idi.

Satış qiymətlərinə paralel olaraq Dolların alış qiymətlərində də artım var.

Dolların bahalaşmasının digər bir səbəbi ABŞ valyutasına idxalçıların və digər qurumların təlabatının artması ola bilər. 

Qeyd edək ki, bu ilin Aprel ayında da Manata spekulyativ hücum olmuş və Mərkəzi Bank bu hücumu dəf etmişdi.

 

Dollar

Avro

 

Alış

Satış

Alış

Satış

AccessBank

1.6970

1.7020

1.9331

1.9923

Afbank

1.6985

1.7020

1.9590

1.9865

AGBank

1.6950

1.7030

1.9668

1.9931

Amrahbank

1.7000

1.7030

1.9700

1.9870

AtaBank

1.6980

1.7020

1.9580

1.9900

Azərbaycan Beynəlxalq Bankı

1.6900

1.7030

1.9233

1.9815

Azərbaycan Sənaye Bankı

1.6980

1.7010

1.9500

1.9920

Azər-Türk Bank

1.6950

1.7020

1.9500

1.9950

Bank Avrasiya

1.6980

1.7020

1.9550

1.9900

Bank of Baku

1.6980

1.7035

1.9400

2.0000

Bank BTB

1.6990

1.7030

 

 

Bank Respublika

1.6980

1.7025

1.9570

1.9820

Bank Silk Vey

1.6980

1.7025

1.9600

1.9850

Bank VTB

1.6980

1.7020

1.9580

1.9860

Expressbank

1.6995

1.7020

1.9630

1.9830

GünayBank

1.7000

1.7020

 

 

Xalq Bank

1.6980

1.7020

1.9480

1.9970

Kapital Bank

1.6970

1.7020

1.9070

2.0310

Melli İran Bankı Bakı filialı

1.6980

1.7020

1.9600

1.9900

Muğanbank

1.6970

1.7030

1.9495

1.9885

Naxçıvanbank

1.6900

1.7050

1.9134

1.9943

NBCBank

1.6980

1.7030

1.9610

1.9890

Nikoyl Bank

1.6980

1.7020

1.9600

1.9900

Pakistan Milli Bankının Bakı Filialı

1.6950

1.7030

 

 

Paşa Bank

1.6975

1.7020

1.9560

1.9960

RabitəBank

1.6960

1.7020

1.9520

1.9880

Turanbank

1.6995

1.7030

1.9630

1.9830

Unibank

1.6995

1.7030

1.9608

1.9825

Yapı Kredi Bank Azərbaycan

1.6950

1.7020

1.9134

2.0318

Ziraat Bank Azərbaycan

1.6960

1.7022

1.9520

1.9920

Azərpoçt

1.6990

1.7020

1.9640

1.9860

Ən sərfəli kredit üçün müraciət et

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et