Bank VTB (Azərbaycan) ötən il işçilərinin sayını artırıb | Banco.az

Bank VTB (Azərbaycan) ötən il işçilərinin sayını artırıb

2018-ci ildə Bank VTB (Azərbaycan) ASC işçilərinin sayı 4 nəfər artıb.

2017-ci il dekabrın sonunda 285 nəfər olmuş işçi sayı 2018-ci ilin sonunda 289 nəfərə yüksəlib.

 

ZƏRƏRİ 21 DƏFƏ AZALIB

Hesabatda qeyd edilib ki, Bank VTB (Azərbaycan) ASC 2018-ci ili 2 milyon 481 min manat xalis zərər ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə təxminən 21dəfə azdır. Bank 2017-ci ili 51 milyon 441 min manat xalis zərər ilə bağlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci illə müqayisədə 2018-ci ildə Bank VTB (Azərbaycan)-nın faiz, haqq və komissiya gəlirləri artıb, xərcləri kəskin azalıb.

Ötən il Bank VTB (Azərbaycan) kapital defisitini də aradan qaldırıb. 2017-ci ildə 179 milyon 678 min manat kapital defisitinə malik olan Bank, 2018-ci ilin sonunda 78 milyon 75 min manat cəmi kapitala malik olub. Defisit, səhmdar kapitalının 50 milyon 815 min manatdan 315 milyon 815 min manata qaldırılması hesabına aradan qaldırılıb. Bankın yığılmış 237 milyon 740 min manat zərəri silinib.

Bank VTB (Azərbaycan) ASC-nin 99,99%- i Rusiyanın "Bank VTB" təşkilatına, 0,01%-i Adıgözəl Ağayevə məxsusdur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç