"Bank Standard"dan verilmiş kreditlərə görə əlavə girov qoyulacaq | Banco.az

"Bank Standard"dan verilmiş kreditlərə görə əlavə girov qoyulacaq

Ləğv prosesində olan "Bank Standard" QSC-dən təminatsız verilmiş kreditlərə görə əlavə 55 mln. manatlıq girov qoyulacaq.

Bu barədə Bankın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov məlumat verib.

"İlkin mərhələdə “Bank Standard”ın 196 mln. manatlıq əmlakı vardı. Ötən müddət ərzində borclu şəxslərdən 55 mln. manatlıq əlavə əmlak götürülüb. Bu günə bankın 250 mln. manatlıq əmlakı var. Bir o qədər yeni əmlak qəbul ediləcək və girov əmlakların dəyəri 300 mln. manata çatdırılacaq. Hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təxmini tələbi 460 mln. manatdır. Qanunvericilik olduğu kimi qalarsa, 460 mln. manatdan çox vəsait daxil olmalıdır ki, sizlərə də nəsə çatsın", - deyə Ə.Həsənov Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

"Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank Standard” vasitəsilə sahibkarları kreditləşdirib. Qurum buna görə də Bankın əmlakına iddialıdır. Amma mən düşünürəm ki, AMB Bankın müflis olmasında əsas günahkarlardan biridir. Ona görə bizimlə bir sırada dayanmağa haqqı yoxdur", - deyə o, əlavə edib. 

"Bank Standard"da fiziki şəxslərin 157 mln. manat pulu qalıb. Bunlar manat, dollar və avro ilə olan vəsaitlərdir. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et