Bank olmayan kredit təşkilatlarının kənar auditini hansı auditor şirkətləri aparır? - (2018) | Banco.az

Bank olmayan kredit təşkilatlarının kənar auditini hansı auditor şirkətləri aparır? - (2018)

Sığorta şirkətlərinin  kənar auditorlarını müəyyən etdik, indi isə sıra bank olmayan kredit təşkilatlarındadır. Bank olmayan kredit təşkilatları da banklardan fərqli olaraq öz hesabatlarını rüblük yox il üzrə açıqlayır, lakin yenə də audit rəyinə ehtiyac vardır. Əslində ölkədə BOKT-lar yetərincə çoxdur, lakin web saytı olan təşkilatlar azdır. Artıq bir çox BOKT-lar öz 2017-ci il üzrə audit rəyi hesabatını saytlarında dərc etmişdir. Bu hesabata istinadən BOKTların kənar auditorunu müəyyən etdik.

Sığorta şirkətlərimizin kənar auditini hansı auditor şirkətləri aparır?

Qeyd edək ki, bank olmayan kredit təşkilatlarının bir-neçəsi BİG four auditor şirkətlərinə, əksəriyyəti beynəlxalq auditor şirkətlərinin yerli nümayəndəliyinə və bəziləri isə sərbəst auditorlara müraciət edib, ən çox üstünlük təşkil edən audit şirkəti isə RSM Azerbaijan audit şirkətidir. 

BOKT

Auditor

Azinvestkredit

Soltanov Qulu Mehbalı oğlu

(sərbəst auditor)

İdkcredit

Alıyev Köçəri Əmrah oğlu

(sərbəst auditor)

Azmikroinvestkredit

RSM Azerbaijan

İnkişaf üçün maliyyə

Baker Tilly Azerbaijan

MolBulak kredit

KPMG Azerbaijan

Premierkredit

RM Audit

Merkuri

Kamil Əvəzov (sərbəst auditor)

TBC Kredit

PriceWaterCoopers

Viator Mikrokredit

Nexia EA

TCF kredit

ANR Audit

Brand Credit

RSM Azerbaijan

Kredaqro

RSM Azerbaijan

Embafinance

PriceWaterCoopers

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et