Bank olmayan kredit təşkilatı xalis mənfəətinin 2 dəfəyə yaxın azaldığını açıqladı | Banco.az

Bank olmayan kredit təşkilatı xalis mənfəətinin 2 dəfəyə yaxın azaldığını açıqladı

“TBC Kredit” Bank olmayan kredit təşkilatı 2018-ci ili 1 milyon 883 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 1,9 dəfə azdır. Belə ki, “TBC Kredit” 2017-ci ili 3 milyon 510 min manat xalis mənfəət ilə bağlamışdı.

Faiz gəlirləri 2017-ci ildə 4 milyon 214 min manat ikən, 2018-ci ildə 3 milyon 753 min manata düşüb (11% azalma).

Faiz xərclərinin azalmasının təsiri ilə, “TBC Kredit”in ötən il əməliyyat mənfəəti 2017-ci il səviyyəsində olub: 1 milyon 992 min manat.

Ötən il kreditlərin bərpa olunması nəticəsində ehtiyatın 3 milyon 415 min manatı mənfəətə əlavə edilib. 2017-ci ildə bu məbləğ 4 milyon 617 min manat idi. Ötən il daha az ehtiyat mənfəətə əlavə edildiyindən xalis mənfəət də düşüb.

Ən sərfəli kredit üçün müraciət et

31 Dekabr 2018-ci il tarixində “TBC Kredit” 23 milyyon 547 min manat cəmi aktivlərə, 15 milyon 689 min manat cəmi öhdəliklərə və 7 milyon 858 min manat cəmi kapitala malik olub. “TBC Kredit”in nizamnamnə kapitalı isə 8 milyon 453 min manat təşkil edib.

2017-ci illə müqayisədə 2018-ci ildə “TBC Kredit”in kredit portfeli 20% azalaraq 17 milyon 87 min manata düşüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et