"Bank of Baku"da yeni təyinat olub | Banco.az

"Bank of Baku"da yeni təyinat olub

"Bank of Baku"da İdarə Heyətinin sədrinin müavini vəzifəsinə yeni təyinat olub.

Banco.az xəbər verir ki, vəzifəyə Məmmədov Tural İlyas oğlu təyin edilib.

Bankdan verilən məlumata görə, onun bank sektorundakı təcrübəsi 17 ildir.

T. Məmmədov artıq 13 ildir ki, "Bank of Baku"da çalışır. O, 2011-2014-cü illərdə bankda ilk olaraq hüquq departamentinin direktoru vəzifəsini icra edib. Daha sonra isə sahə direktoru kimi Problemli kreditlər departamenti, Hüquq departamenti, İnzibati və təhlükəsizlik departamentini kurasiya edib.

Onu da qeyd edək ki, o, 2007-2011-ci illərdə ölkədə fəaliyyət göstərən banklardan birində böyük hüquq məsləhətçisi vəzifəsində çalışıb. T. Məmmədovun ümumi peşəkar təcrübəsi isə 20 ildir.

Ölkənin qabaqcıl banklarından biri olan "Bank of Baku" 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı olaraq səy göstərir.

Ən sərfəli kredit üçün müraciət et

30 ilə yaxındır ki, fəaliyyət göstərən bank paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et