Banco.az mobil versiyanı istifadəyə verdi | Banco.az

Banco.az mobil versiyanı istifadəyə verdi

Banco.az sizlərin rahatlığını düşünərək saytımızın mobil versiyasını bu gün istifadəyə verdi. 

Artıq siz istənilən ağıllı mobil telefon vasitəsilə saytımıza daxil olaraq rahat formada xəbərləri oxuya, vakansiyalarla tanış ola, kredit sifariş edə və bank, iqtisadiyyat haqqında geniş məlumat əldə edə bilərsiniz.

Mobil versiya siz oxucularımız üçün daha rahat və unikal formada hazırlanmışdır. Mobil tətbiqlərdən fərqlənməyən dizaynı və görünüşü sizlərə rahat oxuma imkanı verəcəkdir. 

Saytın əsas səhifəsində ən son Bank və İqtisadiyyat xəbərləri, Vakansiyalar, "Bankirə sual" bölməsi və "Kredit sifarişi" bölməsi yerləşir. 

Sol yuxarı küncə klikləməklə açılan yeni pəncərədən isə saytın daxili menyusu ilə tanış ola bilərsiniz. Buradan Xəbərlər, Vakansiyalar, Bank məhsulları, Bank kataloqu, Məzənnə, Banco TV bölmələrinə keçid mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Sağ yuxarı küncdə isə axtar düyməsi vasitəsilə axtarış edə bilərsiniz.

Saytda yerləşdirilən istənilən kontentə mobil versiya vasitəsilə də rəy yaza, bəyənə və sosial şəbəkələrdə paylaşa bilərsiniz. 

Ümid edirik yeni mobil saytımız sizin xoşunuza gələcək və ən sevimli saytınız olaraq qalmaqda davam edəcəyik! 

Odur ki, telefonla yeni saytımızla elə indi tanış olun.

Bizimlə olduğunuz üçün təşəkkürlər. www.banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et