Bakıda yeni tikililərdə qiymətlər qalxıb - CƏDVƏL | Banco.az

Bakıda yeni tikililərdə qiymətlər qalxıb - CƏDVƏL

Avqust ayında yeni tikililərdə orta qiymətlər bahalaşıb.

Bunu açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib. 

N.İbrahimov qeyd edib ki, hazırda yeni tikilidə 1 kv.m mənzilin orta qiyməti 1204 manat təşkil edir. 

O ki qaldı otaqların sayı üzrə mənzillərin kvadratmetrinin qiymətlərinə, aşağıdakı kimi dəyişib: 

Mənzillər üzrə otaqların          sayı

1 Kv.m üzrə orta qiymət

Orta qiymət

       708 $

1 otaqlı mənzil

       908 $

2 otaqlı mənzil

      907 $

3 otaqlı mənzil

       950 $

4 + otaqlı mənzil

        1086 $

Ən sərfəli kredit üçün müraciət et

Ekspert deyir ki, avqust ayında iyul ayı ilə müqayisədə bazarda aktivlik müəyyən qədər artıb:

“İyul ayı ilə müqayisədə avqust ayında bazarda aktivlik 3-4% artıb. Bununla belə, aktivlik çox aşağıdır. Sentyabr-oktyabr aylarında qiymətlərdə, eləcə də, bazarda əməliyyatlarının sayında dəyişikliklər olacaq”. 

N.İbrahimov ölkədə mənzil tikintisinə də toxunub. Qeyd edib ki, ilin əvvəlində tikinti şirkətləri bazarda aktiv iştirak etsələr də, ilin ikinci yarısından tikintinin artım tempi aşağı düşüb:

“İlin əvvəlində ay ərzində 3-4 yeni binanın təməli qoyulurdu. Yayda bina tikintisi aylıq 1-2 binaya düşüb”.  

Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et