Bakı Sığorta-nın maliyyə durumu necədir? - SON GÖSTƏRİCİLƏR | Banco.az

Bakı Sığorta-nın maliyyə durumu necədir? - SON GÖSTƏRİCİLƏR

"Bakı Sığorta" 31 dekabr 2017-ci il tarixinə maliyyə göstəricilərini açıqlayıb.

Hesabata əsasən, ötən ilin sonunda şirkətin cəmi aktivlərinin həcmi 10,728 mln. manat olub. Bu isə hesabat ilinin əvvəli ilə müqayisədə 3% və ya 333 min manat azdır. Cəmi aktivlərin tərkibində isə uzunmüddətli aktivlərin həcmi 3,272 mln. manat, qısamüddətli aktivlərin həcmi 7,456 mln. manat təşkil edib.

Sığorta şirkətinin öhdəliklərində də azalma müşahidə olunub. Belə ki, cəmi öhdəliklər ötən ilin əvvəlindən 16,7% azalaraq 1,785 mln. manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

"Bakı Sığorta"nın kapitalı 2017-ci ilin sonunda 8,944 mln. manat həcmində qeydə alınıb. Bu isə şirkətin kapitalında 1 il ərzində ciddi dəyişiklik olmadığını və cüzi artım olduğunu göstərir (2017-ci ilin əvvəlinə - 8,918 mln. manat). Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 8 mln. 925 min 439,65 manatdır.

"Bakı Sığorta" 2017-ci ili mənfəətlə başa vurub.

Ötən ilin sonunda cəmi gəlirləri 2,501 mln. manat, cəmi xərcləri isə 2,173 mln. manat olan "Bakı Sığorta"nın maliyyə mənfəəti 328,124 min manat olub. 65,625 min manat mənfəət vergisi ödəyən şirkət, ili 262,499 min manat mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et