Bahalaşan dollar və neft diqqət mərkəzində | Banco.az

Bahalaşan dollar və neft diqqət mərkəzində

Foreks bazarlarında dolların bahalaşması ilə yanaşı, enerji birjalarında neft qiymətlərinin dəyər qazanması və proqnozlar da diqqət mərkəzindədir.

Amerikanın sənaye və tikinti sektoru ilə bağlı fundamental məlumatların müsbət açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində artım dalğası bərpa olunaraq, son iki həftənin maksimum səviyyəsinə yüksəlib.

Son günlər 1.12$-da dəstək görən EUR/USD məzənnəsi də yenidən ucuzlaşaraq, sözügedən səviyyənin altında ticarət edilməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonada inflyasiya səviyyəsinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

Həftə sonu Səudiyyə Ərəbistanı ilə Rusiyanın neft nazirləri arasında baş tutacaq görüş öncəsi isə Avropanın Brent markalı neftin bir barel qiyməti bahalaşaraq, yenidən 73$-a ticarət edilməkdədir və bahalaşma 76$-a kimi davam edə bilər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et