“Azərsığorta”nın 4 filialının direktoru dəyişib | Banco.az

“Azərsığorta”nın 4 filialının direktoru dəyişib

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) 4 filialının direktoru dəyişib.

Biləsuvar filialının direktoru Elçin Heydərovu Qabil Bağırov, Cəlilabad filialının direktoru Əvəz Xanəliyevi Lətif Ağayev, Kürdəmir filialının direktoru Mətləb Kərimovu Elmin Ağayev, Siyəzən filialının direktoru Sənan Ağayevi isə Rəşad Nuriyev əvəz edib.

Ən sərfəli kredit üçün müraciət et

“Yeni təyinatlar müxtəlif səbəblərdən baş tutub. Keçmiş filial direktorlarının arasında pensiya yaşı çatan, xəstəliyi ilə əlaqədar könüllü ərizə yazan, başqa işə keçən adamlar var”, - “Azərsığorta”dan bildirilib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et