“Azərkosmos” nizamnamə kapitalını artıracaq | Banco.az

“Azərkosmos” nizamnamə kapitalını artıracaq

“Azərkosmos” ASC nizamnamə kapitalının artırılması məqsədilə anderraytinq xidmətləri təklif edən şirkət seçir. Bu barədə ASC-nin məlumatında qeyd olunur.

Seçim kotirovka sorğusu üsulu ilə keçirilir.

Sorğuda iştirak arzusunda olan şirkətlər avqustun 14-də saat 18:00-dək xidmətlərinin dəyəri üzrə təkliflərini təqdim etməlidir. Tender proseduru avqustun 15-də saat 10:00-da baş tutacaq.

Eyni zamanda, “Azərkosmos” nizamnamə kapitalını nə qədər artıracağı barədə məlumat vermir.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci il ərzində cəmiyyətin maliyyə hesabatına əsasən, 2019-cu il yanvarın əvvəlinə ASC-nin nizamnamə kapitalı 63 mln. 610,6 min manat təşkil edib.

“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.

© İnterfaks-Azərbaycan 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç