“Azəriqaz” abonentlərinin son sayını açıqladı | Banco.az

“Azəriqaz” abonentlərinin son sayını açıqladı

2019-cu ilin sentyabr ayının birinə olan məlumata görə “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 59 min 419 yeni abonent qeydiyyata alınıb. “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda bildirilir ki, bunun da 32 min 619-u Bakı, Abşeron və Sumqayıt, 26 min 800-ü isə regionların payına düşür.

2019-cu ilin təkcə avqust ayı ərzində əhali sektoru üzrə 5 078 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 040-ı Bakı, Abşeron və Sumqayıt, 2 038-i isə regionların payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, 01 sentyabr 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 242 min 350-ə bərabərdir. Bu rəqəmin 2 milyon 211 min 548-i əhali, 30 min 802-i qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 863 min 397, regionlar üzrə isə 1 milyon 378 min 953 təşkil edir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç