Azərbaycandan ABŞ-yə pul köçürmələrinin həcmi azalıb | Banco.az

Azərbaycandan ABŞ-yə pul köçürmələrinin həcmi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycandan ABŞ-yə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi azalıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən ABŞ-yə 2022-ci illə müqayisədə 82 milyon 23 min dollar və ya 59,9% daha az pul köçürülüb.

Bununla da ABŞ-yə köçürmələrin ümumi həcmi 54 milyon 801 min dollara enib. 2022-ci ildə bu göstərici 136 milyon 824 min dollar təşkil edib. 

Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (26,6% payla) Türkiyə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et