Azərbaycanda hansı sığorta növlərinə maraq daha çoxdur? | Banco.az

Azərbaycanda hansı sığorta növlərinə maraq daha çoxdur?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə cari ilin yanvar-avqust aylarında 846,8 milyon manat sığorta haqqı yığılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,3% çoxdur. Şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 345,8 milyon manata bərabər olub. Bu da illik müqayisədə 21,9% artım deməkdir.

Banco.az hesabat dövründə sığorta yığımlarının ən çox hansı növlər üzrə olduğunu araşdırıb.

Hesabat dövründə könüllü növlər üzrə ən çox yığımlar həyatın yaşam sığortası məhsulu üzrə yığılıb. Belə ki, yığımların məbləği 355,7 milyon manata bərabər olub. İkinci yerdə 91,2 milyonla tibbi sığorta, üçüncü yerdə isə 46,9 milyon manatla əmlakın yanğından və digər risklərdən sığortası məhsulu olub.

İcbari sığorta növləri üzrə ən çox yığımlar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasında (107,6 milyon manat) qeydə alınıb. İkinci yerdə 63,4 milyon manatla daşınmaz əmlakın icbari sığortası, üçüncü yerdə isə 55,9 milyon manatla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta məhsulu olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et