Azərbaycanda dolların ucuzlaşması, avronun bahalaşması davam edir | Banco.az

Azərbaycanda dolların ucuzlaşması, avronun bahalaşması davam edir

Bu gün oktyabrın 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 5-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 2-si ilə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0481 manata enib.Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0046 manat və ya 0,39% artaraq 1,1766 manata yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25% ucuzlaşaraq 0,0158 manat olub.

 

Ən sərfəli krediti almaq üçün müraciət et