“Azərbaycanda böyük banklarla kiçik banklar arasında fərq böyüyəcək” | Banco.az

“Azərbaycanda böyük banklarla kiçik banklar arasında fərq böyüyəcək”

“Son 3-4 il ərzində Azərbaycanın maliyyə bazarında baş verən hadisələr nəticəsində ölkənin 3 bankı – “PAŞA Bank”, "Kapital Bank" və "Xalq Bank" ASC-lər sektordakı (bank aktivlərindəki) payını 35%-ə çatdırıb”.

Bunu "Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə illik konfransında qurumun təşkilatın vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, Azərbaycan bank sektoru 3 ildir ki, mənfəətlə işləyir, amma mənfəətin böyük hissəsi adları çəkilən 3 banka, eləcə də dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsusdur.

“Tədricən böyük banklarla kiçik banklar arasında fərq böyüyəcək”, - deyə o, qeyd edib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et