Azərbaycanda auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilə bilər | Banco.az

Azərbaycanda auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilə bilər

Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə Palataya istinadən xəbər verilir.

Məlumata görə, iclasda Şura üzvləri və Şura yanında komitə sədrləri iştirak edib. İştirakçılar aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər:

1. “2021-2030-cu illərdə auditor xidmətinin inkişaf konsepsiyası”nın hazırlanması barədə;

2. Palatanın və onun Şurasının iş planlarının, Palatanın iş planına əsasən tərtib edilmiş Plan-proqramların, Palata rəhbərliyinin əmrlərinin, sərəncamlarının və tapşırıqlarının icra olunması;

3. “Kölgə iqtisadiyyatının ölçülməsi üzrə metodik Əsasnamə”;

4. Əmlakın qiymətləndirilməsinin auditinə dair proqramın layihəsi;

5. Auditor xidmətlərinin minimum hədlərinə auditor təşkilatları və sərbəst auditorlar tərəfindən riayət edilməsi vəziyyətinin araşdırılması;

Ən sərfəli kredit üçün müraciət et

6. “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın layihəsinin müzakirə edilməsi;

7. Avrasiya Mühasiblər və Auditorlar Assosiasiyasının təsis edilməsi və onun nizamnaməsinin layihəsinin müzakirə olunması;

8. Auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilməsi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et