Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb | Banco.az

Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2024-cü ilin yanvarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 45 milyon 482 min dollar təşkil edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 25 milyon 917 min dollar və ya 36,3% azdır. 

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,98%-ni təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Azərbaycan 71,4 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et