Azərbaycan bankı avtomobillərini satışa çıxarır | Banco.az

Azərbaycan bankı avtomobillərini satışa çıxarır

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 12 yanvar tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə "Azər Türk Bank"ın balansında olan 17 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Qeyd edilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 2 500 manatdan 30 000 manata qədərdir.

Vəsaitin 10%-i beh kimi ödənilməlidir. Beh "Azər Türk Bank"ın hesabına ödənilməlidir.

Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı və behin köçürülməsi üçün hesab barədə ətraflı məlumatla linkə keçid edərək tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et