Azərbaycan bank sektorunun restruktizasiyası sürətləndiriləcək | Banco.az

Azərbaycan bank sektorunun restruktizasiyası sürətləndiriləcək

Maliyyə-valyuta bazarlarında mövcud gərginlik fonunda sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması məqsədilə bank restruktizasiyasının sürətləndirilməsi məsələsi aktuallaşıb.

Bu barədə 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunub.

Həmçinin, ölkə iqtisadiyyatı qarşısında aktuallaşan digər çağırış isə dövlət borcunun məqbul həddə və effektiv idarə olunması, bu məqsədlə strateji layihələr və yenidən maliyyəşdirmə ilə bağlı borclanma istisna olmaqla, dövlət borcunun sərt limitləşdirilməsidir. Bununla yanaşı, dövlət zəmanəti ilə borc götürmüş iri dövlət müəssisələrinin borc portfelinin təhlil olunması və bununla əlaqədar hökumətin üzərinə düşə biləcək maliyyə yükünün müəyyən olunması aktuallaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Layihədə qeyd olunub ki, ortamüddətli dövrdə dövlət idarəetmə strukturunun yığcamlaşdırılması qarşıda duran mühüm vəzifələrdəndir. 

Mənbə : report.az

Ən sərfəli krediti almaq üçün müraciət et