Avtomobillərin icbari sığorta üzrə daxilolmalar 19% azalıb | Banco.az

Avtomobillərin icbari sığorta üzrə daxilolmalar 19% azalıb

2017-ci ilin fevral ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 64123 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

İSB-dən verilən məlumata görə, bunların 8191-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 2017-ci ilin fevral ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 5 088 747 manat təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 15,2% azalma, sığorta haqlarının məbləğində isə 18,9% azalma müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün  icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılmışdır və 1 noyabr tarixinədək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək sığorta təminatına daxildirlər.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et