Avstraliya Mərkəzi Bankı təəccüb doğuran addım atıb | Banco.az

Avstraliya Mərkəzi Bankı təəccüb doğuran addım atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Mərkəzi Bankı gözlənilməz qərar verib.

Banco.az xəbər verir ki, ölkədə inflyasiya səviyyəsinin geriləməsinə baxmayaraq, Avstraliya Ehtiyat Bankı (RBA) analitiklərin proqnozlarının əksinə olaraq faiz dərəcəsini yenidən artırıb.

Belə ki, mərkəzi bank inflyasiyanın "hələ də çox yüksək olduğunu" əsas gətirərək nağd pul dərəcəsi hədəfini 25 bənd artırmaqla 3,85 faizə çatdırıb.

İqtisadçılar isə, əsasən, mərkəzi bankın uçot dərəcəsini 3,6 faiz səviyyəsində sabit saxlayacağını proqnozlaşdırmışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et