Avrozonada inflyasiya yenidən rekord vurdu | Banco.az

Avrozonada inflyasiya yenidən rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya ötən ay növbəti rekorda imza atıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avrozona ölkələrində inflyasiya göstəricisi dekabr ayında Avropa Mərkəzi Bankının proqnozlarının əksinə yüksəliş dinamikasını davam etdirməklə yenidən rekord vurub.

İstehlak məhsullarının qiymətində ötən ay 5% artım qeydə alınıb. Qida və enerji istisna olmaqla İstehlakçı Qiymət İndeksi (İQİ) isə yenə noyabr ayında olduğu kimi bu ay da illik əsasda 2,6% yüksəlib.

Xatırladaq ki, noyabr ayında inflyasiya 4,9% artımla rekorda imza atmışdı ki, analitiklərin proqnozu 4,8%-i işarə edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et