Avropanın ticarət kəsiri 38 milyard avroya çatıb | Banco.az

Avropanın ticarət kəsiri 38 milyard avroya çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) oktyabrda ümumi xarici ticarət kəsiri 38,2 milyard avro təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Aİ və Avrozonanın oktyabr ayı beynəlxalq ticarət göstəricilərini açıqlayıb.

Bu göstəricilərə görə, Aİ-nin ixracatı oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 225,2 milyard avroya, idxalı isə 33,1 faiz artaraq 263,4 milyard avroya çatıb.

Bununla da, Aİ-nin xarici ticarət kəsiri sözügedən dövrdə 38,2 milyard avro təşkil edib.

Avrozonada isə oktyabr ayında ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 18 faiz artımla 252,8 milyard avro, idxal 30,7 faiz artımla 279,3 milyard avro olub. Sözügedən dövrdə Avrozonanın ticarət kəsiri isə 26,5 milyard avro olaraq qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et