Avropa İttifaqı "Google"a qarşı reklam araşdırması başlatdı | Banco.az

Avropa İttifaqı "Google"a qarşı reklam araşdırması başlatdı

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) "Google" şirkətinə qarşı reklam araşdırması başladıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropa Komissiyası "Google" şirkətinin reklam tətbiqləri ilə bağlı istintaq başladıb.

Avropa Komissiyasından edilən açıqlamaya görə, internet nəhənginin öz saytlarındakı reklam texnologiyalarından istifadə etməklə rəqabət qaydalarını pozub-pozmadığı araşdırılacaq.

İstintaq işi zamanı həmçinin şirkətin rəqiblərinin istifadəçi məlumatlarını əldə etməsinə mane olub-olmaması da tədqiq ediləcək.

Xatırladaq ki, "Google" bu ay onlayn reklamçılıq xidmətləri üzrə inhisarçı tətbiqlərinə görə, Fransada başladılan istintaq işinin nəticəsində 268 milyon dollar cərimə ödəməli olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et