Avronun manata qarşı orta aylıq məzənnəsi 18 aylıq minimuma enib | Banco.az

Avronun manata qarşı orta aylıq məzənnəsi 18 aylıq minimuma enib

Dekabrda avronun manata qarşı orta aylıq məzənnəsi 0,9% azalaraq 1,9215 manat təşkil edib. Bu, 2020-ci ilin iyun ayından bəri qeydə alınan ən aşağı orta aylıq göstəricidir.

Hesablamalara görə, 2021-ci ildə avronun manata qarşı ortaillik məzənnəsi 3,3% artaraq 2,0099 manat təşkil edib.

Qeyd edək ki, ötən ilin əvvəlindən manata qarşı artan avro Avropa Mərkəzi Bankının yumşaq monetar siyasəti, iqtisadiyyatı canlandırmaq üçün dövriyyəyə daha çox vəsait inyeksiyası və COVID-19 pandemiyası fonunda ilin əvvəlindəki 2,0713 manatdan dekabrdakı 1,9215 manatadək enib. 2020-ci ilin əvvəlində avronun 1,8 manat səviyyələrində ticarət olunması avronun 2021-ci ildə manata qarşı ortaillik məzənnəsinin 3,3% artıq olmasını təmin edib.

apa

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et