Avro və Funtun bahalaşması proqnozları gündəmdə | Banco.az

Avro və Funtun bahalaşması proqnozları gündəmdə

EUR/USD və GBP/USD məzənnələrinin bahalaşması proqnozları gündəmdə qalmaqla yanaşı, Brent nefti 64$-ın üzərində möhkəmlənib.

 

Avro və Funtun bahalaşması proqnozları gündəmdə

Beynəlxalq valyuta birjalarında EUR/USD 1.12$ və GBP/USD məzənnəsi isə 1.25$ ətrafında ticarət edilməkdədirlər. Avrozona və Böyük Britaniya iqtisadiyyatlarına dair açıqlanan son fundamental göstəricilər isə məzənnələrin bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. 

Bu baxımında bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərədən dərc ediləcək iqtisadi inkişaf, sənaye istehsalı və xarici ticarət dövriyyəsi ilə bağlı statistik məlumatlar önəmli rol oynayacaqdır. 

Ən sərfəli kredit üçün müraciət et

 

Neftin 67$-a kimi bahalaşması proqnozları artır

Enerji birjalarında isə Avropanın Brent markalı neftin qiyməti 64$-ın üzərində tcarət edilməkdədir və 67$-a kimi də bahalaşa biləcəyi ehtimal edilir. 

Bununla yanaşı, bu gün saat 18:30-da ABŞ-dan yayımlanacaq neft və benzin ehtiyatları ilə bağlı fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. 

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et