ARPA Azərbaycan Sığortacılar Assosiyasiyası ilə əməkdaşlıq sazişi imzaladı | Banco.az

ARPA Azərbaycan Sığortacılar Assosiyasiyası ilə əməkdaşlıq sazişi imzaladı

ARPA sığorta sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər üçün müvafiq sertifikasiya proqramlarının treyninq və seminarların təşkili üzrə  ASA  ilə əməkdaşlıq sazişi imzaladı.

Sazişə əsasən sertifikasiya, treyninq və seminar proqramları ən qabaqcıl beynəlxalq təcrübədən və sertifikasiya proqramlarından istifadə olunaraq keyfiyyətli şəkildə təşkil olunacaq.  Sertifikasiya, treyninq və seminar proqramları beynəlxalq praktika ilə yanaşı daxili bazar tələblərini də nəzərə alacaq.  İmtahanlar elektron test sistemi vasitəsi ilə keçiriləcək və qiymətləndiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək istərdik ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. ARPA İB-nin 1000-dən çox  fərdi, 12  korporativ üzvü vardır.

Ən sərfəli krediti almaq üçün müraciət et