“Apple” yeni məhsullarının təqdimat tarixini açıqladı | Banco.az

“Apple” yeni məhsullarının təqdimat tarixini açıqladı

Müəlif:Ayşən İmanova/Banco.az

“Apple” şirkəti  “Let Loose” tədbirinin tarixini açıqlayıb.

Banco.az xəbər verir ki, yeni məhsulların təqdim olunacağı təqdimat mayın 7-də onlayn rejimdə baş tutacaq. Şirkət təqdim olunacaq məhsullarla bağlı təfərrüatları açıqlamayıb.

Analitiklər hesab edirlər ki, tədbirdə iPad planşetlərinin yeni modelləri, o cümlədən iPad Pro-nun təkmilləşdirilmiş versiyası və daha böyük ekrana malik "iPad Air" təqdim ediləcək.

Məlumata görə, planşetlərlə yanaşı yeni aksessuarlar da təqdim olunacaq.Gözlənilən premyeralar arasında, həmçinin “Apple Pencil” və alüminium korpuslu “Magic Keyboard” da var.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən “Apple”ın kapitallaşması 13,5% azalaraq 2,56 trilyon dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et